Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2023-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
"Unikal" xəbər verir ki, qərara əsasən, baza məbləği 200 manat olmaqla 2023-cü ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:
Bitki növləri |
Əkin əmsalı |
Əkin subsidiyası (manat/ha) |
|
---|---|---|---|
1.1. |
Çəltik: |
||
1.1.1. |
əsas əkinlər |
1,8 |
360 |
1.1.2. |
təkrar əkinlər |
0,5 |
100 |
1.2. |
Soya: |
||
1.2.1. |
əsas əkinlər |
1,4 |
280 |
1.2.2. |
təkrar əkinlər |
0,5 |
100 |
1.3. |
Qarğıdalı: |
||
1.3.1. |
əsas əkinlər |
1,1 |
220 |
1.3.2. |
təkrar əkinlər |
0,5 |
100 |
1.4. |
Darı: |
||
1.4.1. |
əsas əkinlər |
1,1 |
220 |
1.4.2. |
təkrar əkinlər |
0,5 |
100 |
1.5. |
Sorqo: |
||
1.5.1. |
əsas əkinlər |
0,7 |
140 |
1.5.2. |
təkrar əkinlər |
0,5 |
100 |
1.6. |
Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, noxud, lobya, mərci və s.) |
1,1 |
220 |
1.7. |
Qarabaşaq |
1,1 |
220 |
1.8. |
Yer fındığı |
1,1 |
220 |
1.9. |
Zəfəran |
2,2 |
440 |
1.10. |
Günəbaxan: |
||
1.10.1. |
əsas əkinlər |
1,2 |
240 |
1.10.2. |
təkrar əkinlər |
0,5 |
100 |
1.11. |
Kartof: |
||
1.11.1. |
əsas əkinlər |
1,4 |
280 |
1.11.2. |
təkrar əkinlər |
0,5 |
100 |
1.12. |
Tərəvəz |
1,15 |
230 |
1.13. |
Bostan bitkiləri |
1,1 |
220 |
1.14. |
Yonca |
0,25 |
50 |
1.15. |
Digər bitkilər (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) |
0,65 |
130 |
1.16. |
Üzüm: |
||
1.16.1. |
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan bağlar |
40,0 |
8000 |
1.16.2. |
1.16.1-ci yarımbənddə müəyyən edilmiş bağlar istisna olmaqla 2020-ci ildən salınan bağlar |
3,2 |
640 |
1.16.3. |
2020-ci ildən əvvəl salınmış bağlar |
1,25 |
250 |
1.17. |
Çay: |
||
1.17.1. |
2019-cu ildən salınan plantasiyalar |
3,7 |
740 |
1.17.2. |
2019-cu ildən əvvəl salınmış plantasiyalar |
1,25 |
250 |
1.18. |
Meyvə: |
||
1.18.1. |
İntensiv meyvə bağları: |
||
1.18.1.1. |
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək boş olan meşə fondu torpaqlarında və ya dağ və dağətəyi ərazilərdə salınan fındıq bağları |
25,0 |
5000 |
1.18.1.2. |
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan nar bağları |
15,0 |
3000 |
1.18.1.3. |
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan zeytun bağları |
28,0 |
5600 |
1.18.1.4. |
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan limon və kinkan bağları |
58,0 |
11600 |
1.18.1.5. |
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan naringi və portağal bağları |
48,0 |
9600 |
1.18.1.6. |
1.18.1.1-1.18.1.5-ci yarımbəndlərdə müəyyən edilmiş bağlar istisna olmaqla 2020-ci ildən salınan bağlar |
3,65 |
730 |
1.18.1.7. |
2020-ci ildən əvvəl salınmış bağlar |
1,25 |
250 |
1.18.2 |
Digər meyvə bağları: |
||
1.18.2.1. |
2022-ci ilin sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan şabalıd bağları |
4,0 |
800 |
1.18.2.2. |
1.18.2.1-ci yarımbənddə müəyyən edilmiş bağlar istisna olmaqla digər meyvə bağları |
1,25 |
250 |
1.19. |
Giləmeyvə: |
||
1.19.1. |
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları |
48 |
9600 |
1.19.2. |
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək damcı suvarma sistemi ilə təmin olunmuş moruq bağları |
16,0 |
3200 |
1.19.3. |
2022-ci ildə sentyabrın 1-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları |
3,2 |
640 |
1.19.4. |
1.19.1.-1.19.3-cü yarımbəndlərdə müəyyən edilmiş bağlar istisna olmaqla digər giləmeyvə sahələri |
1,15 |
230 |
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
-
İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
-
alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
-
xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
-
limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
-
fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
-
badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
-
qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
-
əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
-
Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
-
Ağdam, Ağsu, Cəlilabad, Cəbrayıl, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan üzüm bağlarının hər hektarına görə 8000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
-
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5000 manat məbləğində əkin subsidiyası ödəniləcəkdir.
-
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan hər hektar intensiv limon bağlarına görə 11600 manat, intensiv naringi və portağal bağlarına görə 9600 manat, intensiv nar bağlarına görə 3000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
-
Qeyd edilən bağlara görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan:
-
intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat;
-
şabalıd bağlarının hər hektarına görə 800 manat;
-
damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat;
-
damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcəkdir.
Aqrar Subsidiya Şurasının qərarına görə,
-
Çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.
-
Fındıq üzrə əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
-
Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
-
Limon, kinkan, naringi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
-
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli 1754 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq 2023-cü il üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul subsidiyası müəyyən edilmişdir.
-
Pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə 2023-cü ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcəkdir. Bu ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 180 manat (bundan əvvəl 170 manat), Virciniya sortu üzrə yaş tütünün hər tonuna görə 30 manat (əvvəl 26 manat), digərləri üzrə quru tütünün hər tonuna görə 200 manat (əvvəl 180 manat) və yaş tütünün hər tonuna görə 20 manat (əvvəl 18 manat), şəkər çuğundurunun hər tonuna görə 18 manat (əvvəl 12 manat) məhsul subsidiyası alacaqlar.
-
Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
-
Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
-
2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir.
Aqrar Subsidiya Şurası,
-
2023-cü il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.
Fermerlər qərarın tam mətni ilə akia.gov.az ünvanlı internet saytında tanış ola bilərlər.
Qeyd: 2023-cü il üzrə dövlət büdcəsi çərçivəsində Aqrar Subsidiya Şurası tərəfindən istehsal vasitələrinin qiymətlərinin artımının fermerlərin xərclərinə təsiri nəzərə alınmaqla əmsallara yenidən baxıla bilər və bununla bağlı yeni qərar verildikdə, ictimaiyyətə ayrıca məlumat veriləcəkdir.