Dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.
"Unikal"ın məlumatına görə, Quba rayon sakini N.Məmmədova DİN-in "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə onun evinə ataraq həmin yerdən uzaqlaşıb.
Heç bir partlayış hadisəsi baş verməyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini Orxan Ağalı saxlanılıb.
Hazırda faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.