Abşeron rayonunda marşrut avtobusu qəza törədib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib. Ağaquliyev Ağaqulu Məhərrəm oğlu idarə etdiyi "Daewo" markalı marşrut xətti avtobusu ilə Masazır qəsəbəsi "Zəngilan şəhərciyi" ərazisində hərəkətdə olarkən piyada Bağırov Ümidvar Məhəmməd oğlunu vurub hadisə yerindən qaçıb.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, sürücü A.Ağaquliyevin avtobusu idarəetmə hüququ yoxdur.
Faktla bağlı cinayət işi başlanıb.