Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən 2007-ci il təvəllüdlü İlkin Cəbiyevin işi üzrə məhkəmə prosesi başa çatıb.
"Unikal" xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Cəbiyev 3 il azadlıqdan məhrum edilib. Qərara əsasən, İ.Cəbiyev barəsində 70-ci maddə tətbiq edilərək ona iki il müddətinə şərti cəza təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyulun 5-də baş verib.
İttihama görə, 2007-ci il təvəllüdlü İ. Cəbiyev 2020-ci ildə onunla eyni məhəllədə yaşayan Dilbər İbrahimzadə ilə tanış olub. 13 yaşlı oğlanla D. İbrahimzadə arasında intim münasibət yaranıb. Bu ilin iyun ayından başlayaraq Dilbər ona qarşı soyuq davranmağa başladığından 15 yaşlı oğlan Dilbərin ona xəyanət etdiyi qənaətinə gəlib. Bu məqsədlə o Dilbəri evinin yanındakı paltar mağazasında görüb onunla mübahisə edib. Mübahisə zamanı o Dilbəri bıçaqlayıb.
Dilbər İbrahimova ailəli olub və 3 azyaşlı uşağı var. 15 yaşlı oğlanla sevgili olduğu üzə çıxandan sonra o həyat yoldaşından ayrılıb.