2022-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51 870 nikaha daxilolma və 13 139 boşanma halları qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.