Məşhur aktyor Burak Özçivit həyat yoldaşı Fahriye Evcenlə jurnalistlərin obyektinə tuş gəlib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, mətbuata açıqlama verən cütlük ikinci övladlarının səbirsizliklə gözlədiklərini açıqlayıblar.
"Hər şey yaxşıdır, hamiləliyim yaxşı gedir, adla bağlı ağlımızda bir-iki variant var, amma hələ qərar verməmişik",- deyə aktrisa qeyd edib.
Bununla yanaşı, Özçivit həyat yoldaşına ad günü hədiyyəsi olaraq 10 milyon TL-lik cip aldığını açıqlayıb.