"Bu gün təhsil sahəsində iki mühüm sosial sifariş var. Birincisi, təhsilin keyfiyyəti, ikincisi isə müəllimin əməkhaqqı artmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Komitə sədri bildirib ki, növbəti ilin dövlət büdcəsindən müəllimlərin əməkhaqlarının artırılması üçün 56 milyon manat, diaqnostikadan keçən müəllimlərin əməkhaqqının artırılması üçün isə 168 milyon manat ayrılması nəzərdə tutulur.
“Təhsilin keyfiyyətini artırmaq üçün nə etməliyik? Sertifikatlaşdırmanın keçirilməsi vacib qərardır. Bu proses məktəblərdə hökmən getməlidir. Bütövlükdə, bu gün şagirdlərin yaxşı təhsil alması və müəllimlərin əməkhaqqının artırılması üçün sertifikatlaşdırma aparılmalıdır”.