"Dövlət regionlarda gözəl məktəblər tikib, amma təhsilin keyfiyyəti aşağı səviyyədədir".
"Unikal" xəbər verir ki, bunu deputat Musa Qasımlı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Deputat bildirib ki, bu gün məktəb direktorlarının bir çoxu yerində deyil: “Əgər direktorlar tapşırıqla təyin olunursa, adını yaza bilmirsə, o məktəbdə təhsilin keyfiyyəti olmayacaq. İstəyiriksə təhsil keyfiyyəti sağlamlaşsın, biz sertifikasiya keçirməliyik. Öz peşəsini bilməyən şəxsi sinifə buraxmaq olmaz, uşaqları kor etmək olmaz. Təhsilə kənar adamların müdaxiləsi olmamalıdır".