"Məktəb direktorları valideynlərlə əlbir olub 10-11-ci sinif şagirdlərinin məktəbə gəlməməsinə şərait yaradırlar".
"Unikal" xəbər verir ki, bunu deputat Elşən Musayev “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, məktəb direktoru 10-11-ci sinif şagirdlərinin məktəbə gəlməməsinə şərait yaradırsa, burada nə sertifikat olursa olsun, mənası yoxdur.
“Şagirdləri məktəblərə təşviq etmək lazımdır”.