Bu gün Sumqayıt şəhər "28 May" mədəniyyət evində Şərqi Zəngəzur İqtisadi Rayon 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur Məşğulluq Mərkəzinin əmakdaşlarının və Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
"Unikal" xəbər verir ki, əmək yarmarkasında rayon sakinləri və digər şəhər və rayon sakinləri iştirak edib.
Təşkil olunmuş əmək yarmarkasında müxtəlif sahələri əhatə edən iş yerləri təklif olunub.Yarmarkanı təşkil etməkdə məqsəd işğaldan azad olunmuş Şərqi Zəngəzur İqtisadi rayonunu əhatə edən rayon sakinlərinin təmir tikinti işlərinin aparılması üçün ixtisaslı mütəxəsislərə təlabatın ödənilməsi ilə bağlıdır. Yarmarkada 300 nəfərə yaxın vətəndaş iştirak edib.