Dekabrın 17-də Suraxanı rayonu ərazisində - dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, bu səbəbdən 113 və 191 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.