Almaniya polisi azərbaycanlı MMA döyüşçüsü Vüqar Baxşiyevin qətlində şübhəli bilinən 40 yaşlı şəxsi saxlayıb.
"Unikal" xəbər verir ki, Frankfurt polisi tərəfindən tutulan şübhəlinin kimliyi hələlik açıqlanmayıb.
Hazırda idmançının qətlə yetirilməsi ilə bağlı istintaq tədbirlərinin aparıldığı bildirilib. Cinayətin detalları hələ də məlum deyil.
Xatırladaq ki, qətlə yetirilən həmyerlimiz V.Baxşiyev IFC (Integra Fighting Championship) çempionu olub.