Metropolitendə Polis Şöbəsinə metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini Seymur Süleymanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.