17 dekabr 2022-ci il tarixində Qaradağ rayonunda ümumrayon iməciliyi keçirilib.
"Unikal" xəbər verir ki, iməcilik zamanı rayonun bütün qəsəbələrində mövcud yaşıllıqlara qulluq göstərilib, işıq dirəkləri, ticarət obyektlərinin vitrinləri, şüşəli binaların fasadları yuyulub, həmçinin küçə və prospektlərdə ümumi təmizlik işləri aparılıb. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Rayonda son illər ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.
Keçirilmiş iməclikdə rayon sakinləri də fəal iştirak etmiş, öz yaşadıqları məhəlləri təmizləmiş və təşkil edilmiş iməcilikdə görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.