31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Yeni ilə təmiz şəhərlə” devizi altında ümumşəhər iməciliyi çərçivəsində dekabr ayının 17-i səhər saatlarından etibarən Xəzər rayonunda da bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib.
"Unikal" xəbər verir ki, iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, reklam lövhələri, köşklər və dayanacaqlar, binaların fasadları, ağaclar və yaşıllıq zolaqları, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb.
Rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları inzibati bina, həyətyanı sahə və ətraf ərazilərdə təmizlik və səliqə-sahman işləri aparıb.
Həmçinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlar da iməcliyə fəal qoşularaq, onlara məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman işlərinin görülməsi istiqamətində müvafiq tədbirlər görüblər.
İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görülərək, ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Eyni zamanda görülən işlərin davamı olaraq, Mərdəkan qəsəbəsinin ərazisində 175 ədəd şam ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, təhsil, səhiyyə və ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak edib.