Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, aclıq aksiyası etdiyinə görə B. Hacıyevi təcridxananın daxilində olan tibb sanitar hissəsinə həkim nəzarətinə keçiriblər. Bu gün isə aclıq aksiyasını dayandırdığına görə, onu öz kamerasına geri qaytarıblar.
Qeyd edək ki, xuliqanlıqda təqsirləndirilən Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Orxan Həsənli