İşğaldan azad edilən ərazilərimizdə qış turizminin inkişafı planlaşdırılır.
"Unikal" trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzuzadə bu gün Azərbaycanda qış turizminin potensialı və "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığına həsr olunan təqdimat mərasimində məlumat verib.
Onun sözlərinə görə, qış turizmini inkişaf etdirmək üçün Kəlbəcər rayonu çox əlverişlidir.
“ Azad edilən torpaqlarda qış turizmini inkişaf etdirmək Agentlik olaraq əsas məqsədlərimizdəndir”,- deyə K. Quluzadə deyib.