Hawker 800A biznes təyyarəsi Yerevandan Moskvaya qalxdıqdan bir neçə dəqiqə sonra həyəcan siqnalı verib.
"Unikal" xəbər verir ki, təyyarənin ekipajı Azərbaycan ərazisi üzərində uçarkən həyəcan siqnalı verib.
Flightradar xəritəsində təyyarə sarı rənglə vurğulanıb, bu isə o deməkdir ki, təyyarə normal uçuşunu davam etdirir. Vnukovoda eniş saat 21:52-də planlaşdırılır. Hazırda həyəcan siqnalının səbəbləri məlum deyil.
Bundan əvvəl Vnukovo-nun mətbuat xidməti məlumat vermişdi ki, güclü qar yağan gündə bir reys təxirə salınıb. Bəzi reyslər təyyarə komandirlərinin qərarı ilə təxirə salınır, digərləri isə təyyarələrin buzlanma əleyhinə maye ilə işlənməsi səbəbindən gecikir. Təyyarələrə və sərnişinlərə texniki qulluq adi rejimdə həyata keçirilir.
Gültəkin Ələsgər