44 Vətən Müharibəsində ağır yaralanan və müalicə üçün Yaşat Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilər Tural İsmayılov və Elmar Nəsirov yaxınları ilə görüşmək üçün 10 günlük vətənə dönüblər.
"Unikal" xəbər verir ki, vətənə dönən qaziləri hava limanında Goranboydan deputat seçilən Anar Məmmədov, yerli icra hakimiyyətinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Deputat A.Məmmədov bildirib ki, Goranboy rayonu Borsunlu kənd sakini Nəsirov Elmar Elmir oğlu digər qazilərimiz kimi hər zaman diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, rayon ağsaqqalları, ziyalıları, qaziləri və Elmarın ailə üzvləri ilə birlikdə onu qarşılayıblar, müalicəsi və qayğıları ilə maraqlanıblar.