"Xaricdə dövlət hesabına və ya öz hesabına oxuyan şəxslər Azərbaycana qayıtdıqda onlara təklif olunan maaşla heç cür razılaşa bilmirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, maaş deyildikdə Azərbaycanda yaxşı bir şirkətdə 3000-3500 manat məbləğində alınan əmək haqqı yüksək sayılır:
"Amma mən iki nəfər adam tanıyıram. Onlardan biri Bakıya gəlib. Həmin şəxs kriptotexnologiya sahəsində ixtisaslaşıb. O, burada oturaraq çox asanlıqla Dubayda ofisdə işləyir. O bir salam verən kimi ona 10 min dollar maaş təklif edirlər. Biz də cəmiyyəti buna öyrəşdirməliyik".
R.Quliyev təklif edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında xüsusi fond yaradılsın: “İKT sahəsində xaricdə işləyən şəxslər ölkəyə dəvət olunsun. Onların maaş fərqi nazirlik tərəfindən ödənilsin”.
Anar Kəlbiyev