Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.
“Unikal” qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.