Fransanın "L'Equipe" nəşri Qətərdə keçirilən dünya çempionatının ən pis futbolçularının reytinqini hazırlayıb.
"Unikal" xəbər verir ki, Uelsli qapıçı Ueyn Hennessi ən pis qapıçı seçilib .
Müdafiəçilər: Metti Keş ( Polşa ), Məhəmmədhüseyn Kanaani ( İran ), Boualem Khouhi ( Qətər ), Yannik Ferreyra Karrasko ( Belçika ).
Yarımmüdafiəçilər: Andreas Skov Olsen ( Danimarka ), Kristyan Belik (Polşa), Piotr Zielinski (Polşa), Krepen Qyatta ( Seneqal ).
Hücumçular: Qaret Beyl (Uels), Entoni Kontreras ( Kosta Rika )
Xatırladaq ki, dünən Argentina millisi finalda Fransa yığmasını məğlub edərək yeni dünya çempionu olub.