Filippinin Mindanao adasında 5 maqnitudada zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Bildirilib ki, təbiət hadisəsinin episentri Abra əyalətinin əhalisi 43,7 min olan Kalilanqan bələdiyyəsindən 7 km şimal-şərqə təsadüf edib. Zəlzələnin ocağı 3 km dərinlikdə qeydə alınıb.
Mütəxəssislər ərazidə təkrar yeraltı təkanların ola biləcəyini istisna etmirlər. İtki və dağıntılar barədə məlumat verilməyib.