AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyasının müdiri, prof. Kamil Mənsimov və laboratoriyanın aparıcı elmi işçisi dos. Rəşad Məstəliyev 2022-ci il 15-16 dekabr tarixlərində Elm və Təhsil Nazirliyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” II Respublika elmi konfransında iştirak ediblər.
"Unikal" xəbər verir K.Mənsimov, həmçinin konfransın proqram komitəsinin üzvü olmuşdur.
Qeyd edək ki, konfrans Zoom platforması üzərindən onlayn formada keçirilib. R.Məstəliyev “Diferensial tənliklər, modelləşdirmə, optimallaşdirma və optimal idarəetmə məsələləri” seksiyasında K.Mənsimovla həmmüəllif olduğu “Gecikməyə malik və hamar olmayan keyfiyyət meyarlı stoxastik sistemlərdə optimallıq üçün zəruri şərtlər” adlı mövzuda məruzə edib. Məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ərafında müzakirələr aparılıb.