"Hesabat dövründə məcbur nikaha cəlbetmə ilə bağlı 1 cinayət faktı qeydə alınıb. Erkən nikahla bağlı isə 6 cinayət işi başlanılıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədri xatırlaıdb ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib:
"Aparılan profilaktik və maarifləndirici tədbirlərin nəticəsi olaraq 2021-ci ildə bu say 267 nəfər azalaraq 1650 nəfər olub. Respublikanın iqtisadi rayonları üzrə 2021-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayında ən yüksək göstərici Aran iqtisadi rayonunun payına düşür (575 nəfər), daha sonra Gəncə-Qazax iqtisadi rayonu (351 nəfər), Lənkəran iqtisadi rayonu (210 nəfər) və Yuxarı Qarabağ iqtisadi rayonu (76 nəfər) bu ardıcıllığı davam etdirir".
Anar Kəlbiyev