Birləşmiş Ştatlar BMT-nin baş katibi Antonio Quterreşi Ukraynaya nümayəndələr göndərməkdən və İranın pilotsuz təyyarələrdən istifadəsini araşdırmaqdan imtina etdiyinə görə tənqid edib.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Biz təəssüf edirik ki, BMT bu pozuntu ilə bağlı normal araşdırma aparmaq üçün addım atmadı. Biz məyus olduq ki, Katiblik açıq-aşkar Rusiyanın təhdidlərinə boyun əyərək, Təhlükəsizlik Şurasının ona araşdırma aparmaq üçün verdiyi mandatı yerinə yetirmədi”, - ABŞ nümayəndəsi Robert Vud Təhlükəsizlik Şurasının İranla nüvə sazişinə həsr olunmuş iclasında deyib.
Qeyd edək ki, Ukrayna və bir sıra ölkələr hesab edir ki, İranın Rusiyaya pilotsuz təyyarələr verməsi Təhlükəsizlik Şurasının 2015-ci ildə Tehranla nüvə sazişi ilə bağlı qəbul etdiyi qətnaməni pozur.
Rusiya və İran bu cür əməkdaşlığı inkar edir. Təhlükəsizlik Şurasının iclasında Rusiya nümayəndəsi Vasili Nebenzia bildirib ki, Moskva İrandan pilotsuz təyyarələr almır.
Gülayə Mecid