SOCAR “Azəriqaz” İstehsalat Birliyi Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinin, qazilərin, bu qəbildən olan əhali kateqoriyasına aid şəxslərin müraciətlərinə hər zaman xüsusi həssaslıqla yanaşır. Şəhid ailəsi SOCAR “Azəriqaz” İB-yə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.

“Unikal” xəbər verir ki, daxil olan müraciət dərhal nəzarətə götürülüb və icrası istiqamətində işlərə başlanılıb.

130 metr uzunluğunda diametri 76 mm olan polad boru ilə küçə qaz xətti çəkilib, fərdi yaşayış evinə sayğac quraşdırılıb.

Bununla da şəhid ailəsinin etdiyi müraciət qısa zamanda həllini tapıb.