Yeni “Samsung Galaxy A33” və “Samsung Galaxy A53” smartfonlarını “Azercell”dən əldə et, 3 ay ərzində Sərbəst tarif paketlərini hədiyyə qazan!

"Unikal" xəbər verir ki, “Azercell Telekom” MMC və “Samsung” şirkəti növbəti əməkdaşlığa imza atır. Dekabr ayının 15-dən etibarən ölkənin lider mobil operatoru yeni Sim-Sim (Fakturasız xətt) nömrə ilə yanaşı, “Samsung A33” və “Samsung A53” smartfonlarını əldə edən abunəçilərinə Sərbəst tarif paketlərini hədiyyə edir! Odur ki, kampaniya çərçivəsində “Azercell” Eksklüziv mağazalarından “Samsung A33” alan abunəçilərə Sərbəst 10, “Samsung A53” əldə edən abunəçilərə isə Sərbəst 15 tarif paketi 3 ay ərzində ödənişsiz əsaslarla təqdim edilir.

İstifadəçi rahatlığı, yüksək məhsuldarlığı və funksionallığı ilə seçilən “Samsung” telefonlarının texniki xüsusiyyətləri və “Azercell” Eksklüziv mağazalarının ünvanları ilə tanış olmaq üçün https://www.azercell.com/az/personal/campaigns/special-offers/samsung-ny-campaign.html səhifəsinə, Sərbəst tarif paketləri haqqında ətraflı məlumat üçün isə https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/prepaid/updated-serbest-prepaid.html səhifəsinə keçid etməyiniz xahiş edilir.

Xatırladaq ki, Sərbəst 10 tarif paketi çərçivəsində abunəçilərə hər ay 2GB internet və 350 ölkədaxili dəqiqə, Sərbəst 15 tarifində isə 5 GB internet və 500 ölkədaxili dəqiqə təqdim edilir. Həmçinin Sərbəst tarif paketləri müştərilərinə “Facebook”, “Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə 1GB həcmində pulsuz yazışma imkanı verir.

Qeyd edək ki, ən müasir texnologiyaları abunəçiləri üçün daha əlçatan etməyi hədəfləyən “Azercell”, dünyanın ən qabaqcıl brendləri ilə birgə əməkdaşlıqda sərfəli kampaniyalar keçirməyə davam edəcək!