Çərşənbə axşamı ABŞ-ın Kaliforniya ştatında baş verən zəlzələ nəticəsində azı 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 70 mindən çox ev və müəssisə işıqsız qalıb.
ABŞ-ın Geologiya Xidməti bildirib ki, çərşənbə axşamı Kaliforniyada 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri təxminən 12 min nəfər əhalisi olan Fortuna şəhərindən 21,6 km şimal-qərbdə, zəlzələ ocağı 16,1 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində yarana biləcək sunami təhlükəsi yoxdur.