Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan "Unikal"a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından fiziki şəxs Əskərov Şəmistan Kidır oğlu tərəfindən idxal olunan 20 450 kq toxumluq kartof məhsuluna və hüquqi şəxs "AZ-AQRO FARM" MMC tərəfindən idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ditylenchus destructor Thor.”- kartof gövdə nematodu, “Clavibacter michiganensis subsp. Sepedonicus” -kartof yumrularında halqavari çürümə ) aşkar olunub.
Agentlik tərəfindən istifadəyə yararsız kartof məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.