Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, onun vəzifəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalova havalə edilib.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.
Seymur Əli
*** 11:27
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasa Muxtar Respublikanın heç bir naziri dəvət almayıb.
İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.