Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı 10-MD-581 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn “Mercedes” markalı 02-B0-422 nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma başlanıb.