Gəncədə vətən müharibəsi qazisi qonşusunun anasını əlindən bıçaqlayıb.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə əllilərə verilən binada qeydə alınıb. 44 günlük vətən müharibəsinin qazisi 30 yaşlı şəhər sakini D.İsmayılov qonşusu Kamran Eminovala dava edib. Bu zaman onları sakitləşdirmək istəyən Kamranın anası bıçaq xəsarəti alıb. Qadın əl nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bidirilir. 30 yaşlı Davud İsmayılov polis tərəfidən saxıanılıb.
Qeyd edək ki, D.İsmayılov 44 günlük vətən müharibəsinin iştirakçısıdır.
Tural Əhmədov