Naftalanda bıçaqlanma hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, 1992-ci il təvəllüdlü Teymur Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.