Sankt-Peterburqda ermənilərlə dava edən iki azərbaycanlının məhkəməsi keçirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Vəkillər Kollegiyasının vitse-prezidenti Zöhrab Qabrielyan məlumat yayıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinə əsasən Hacıyev və İbişovun 5 il müddətinə azadlıqdan məhrum edildiklərini açıqlayıb.
Xatırladaq ki, hadisə 2020-ci ilin iyulun 23-də Sankt-Peterburqda baş verib. Belə ki, Hacıyev və İbişovla iki erməni arasında dava düşüb. Nəticədə ermənilər azərbaycanlılardan Sankt-Peterburq məhkəməsinə şikayət ediblər.
Gülayə Mecid