İlin 365 günü 24 saat fasiləsiz olaraq elektrik enerjisi istehsal etdiyindən hər zaman növbətçilik prinsipi ilə fəaliyyət göstərən “Azərenerji” ASC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı iş rejimini daha da gücləndirəcək.
"Unikal" xəbər verir ki, bununla bağlı qurumda qabaqlayıcı tədbirlər görülüb.
"ibarət xüsusi növbətçilik təşkil edilib. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işi, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.
Stansiya və yarımstansiya, o cümlədən ötürmə xətlərində gecə baxışları keçirilib. İdarəetmə sistemi və qurğuların, həmçinin əks-qəza avtomatikasının təlimata və rejimə uyğun normal fəaliyyəti yoxlanılıb.
“Azərenerji” ASC bayram münasibətilə Azərbaycan xalqını təbrik edir, firavan həyat, işıqlı və uğurlu gələcək arzulayır.