2022-ci ilin bugününədək 1373 hektar meşə fondu torpaqlarının açıq və seyrək sahələrində əkin və səpin işləri həyata keçirilib və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən, hər bölgənin yerli iqlim şəraitinə uyğun 1,5 milyon ədəd müxtəlif növ ağac əkilib, 60 ton toxum səpilib.
"Unikal" xəbər verir ki, eyni zamanda, yay aylarında yanğına məruz qalmış meşə fondu ərazisinin 35 hektar sahəsində meşəbərpa tədbirləri aparılıb. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib.
Onun sözlərinə görə, ilin son həftəsi əlavə olaraq 140 hektar meşə fondu torpaqlarında əkin və səpin işlərinin aparılmasına həsr olunub və 158 000-dən çox ağac əkilib, 5,2 ton toxum səpilib.