Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar 31 dekabr – 4 yanvar tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova "Unikal"a bildirib ki, ziyarətçilər tətil günlərində ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara səfər etməklə fərqli relyefə və landşafta malik ekoturizm marşrutları ilə hərəkət edə və səmərəli gün keçirə bilərlər.
“Qeyd edim ki, ölkədə 10 milli park və bu parklarda müxtəlif təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu fəaliyyət göstərir”.