Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil.
"Unikal"ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, ümumiyyətlə nəqliyyat məsələlərinin həll olunması istiqamətində əsas prioritet hardasa metro stansiyalarının inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyatın, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsidir, eyni zamanda insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir.
"Bu mənada metro şəhərdaxili nəqliyyat sayılır. Bu mənada Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki bu məsələlərin həllinə tam nail olmamışıq. Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil".