Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid övladları üçün şənlik keçirilib.
"Unikal" xəbər verir ki, şənlikdə uşaqların əylənməsi üçün müxtəlif oyunlar təşkil olunub, maraqlı səhnəciklər nümayiş etdirilib.
Sonda şəhid övladlarına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.