Hərbi Prokurorluğun istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi İlham Babayev vəzifəsindən azad edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Digər əmrlə İlham Babayev Şəmkir hərbi prokuroru vəzifəsinə təyinat alıb.
Şəmkir hərbi prokuroru Şöhrət Qəhrəmanov isə vəzifəsindən azad edilərək Gəncə hərbi prokuroru təyin edilib.
Baş prokurorluğun istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədov vəzifəsindən azad edilərək həmin idarənin rəis müavini vəzifəsinə təyinat alıb.