Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Yeni il təbriki göndərərkən 2022-ci ildə iki ölkə arasında əməkdaşlığın yeni müttəfiqlik səviyyəsinə yüksəldiyini, ikitərəfli ticarət dövriyyəsinin rekord sürətlə artdığını, nəqliyyat və humanitar sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
"Birgə səylərin dost xalqların mənafeyi naminə Rusiya-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafını, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsini təmin edəcəyinə inanılır".