Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində, xüsusən Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin intensiv hərəkətini nəzərə alıb şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsini və ən əsası dayanma durma tələblərinə ciddi şəkildə riayət edilməsi xahiş olunur.