SOCAR “Azəriqaz” İB Vətən müharibəsi qazisinin istəyini yerinə yetirdi
"Unikal" xəbər verir ki, Vətən Müharibəsi qazisi Ruslan Əliyevin fərdi yaşayış evinin qazlaşdırılması prosesi yekunlaşıb. Qax rayonu, Şotavar kəndində həyata keçirilən işlərə qazinin SOCAR “Azəriqaz” İB-yə etdiyi müraciətdən dərhal sonra başlanılıb.
Qazinin istəyi əsasında fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.