SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.
"Unikal" xəbər verir ki, bu dəfə "Səyyar qəbul otağı" Gəncə şəhəri, Qələbə Parkında təşkil olunacaq.
Yanvarın 5-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.