Dekabrın 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.
"Unikal" xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.
Görüşdə sakinlərin problemləri, üzləşdikləri çətinliklər dinlənilib. 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.
Həmçinin bildirilib ki, problemlər qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.