Bayram və tətil günlərində ölkə ərazisinin meşə fondu torpaqlarının 15 hektar sahəsində 25 000 ağac əkilib, 1 ton toxum səpilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov "Unikal"a bildirib ki, bu günlərdə hava şəraitinin əlverişli olması ölkə ərazisində meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb.
Onun sözlərinə görə, meşəbərpa tədbirləri bu gün Siyəzən, Sabirabad və Masallı rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində aparılıb və ümumilikdə 8 hektar sahədə 6500 ədəd müxtəlif növ ağac tingi əkilib, 500 kiloqramdan çox toxum səpilib.
C.Qəribov qeyd edib ki, ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir.