Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki "Toyota" və bir "Mercedes" toqquşub.

İdarəetməni itirən "Toyota" markalı avtomobillərdən birinin sürücüsü maşını işıq dirəyinə çırpıb.Avtomobillər ərazidən götürülüb. Toqquşma nəticəsində yolda tıxac yaranıb.