2022-ci ildə Həcc ziyarətinə gedənlərin sayı 7 milyon nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət agentliyi məlumat yayıb.
Agentlik ölkəyə Həcc vizası ilə gələnlərin 4 milyon nəfər olduğu açıqlayıb.
Qeyd edək ki, Səudiyyə Həcc ziyarətinin asanlaşdırılması istiqamətində işləri davam etdirir. Ölkədə qalmaq üçün Həcc vizasının müddəti 30 gündən 90 günə qaldırılıb. Həcc ziyarəti üçün lazım olan prosesin tamamilə elektronlaşdırılmasının hədəfləndiyi deyilir.
Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər 30 milyon nəfərə ev sahibliyi etməyi planlaşdırır.