"Əgər pandemiyadan əvvəlki illəri yadımıza salsaq, bu dövrlər həmişə respirator infeksiyalar geniş yayılır. Qrip daha ağır formalarla, respirator infeksiyalar müxtəlif formada ortaya çıxır".
Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Həkim qeyd edib ki, koronavirusun 4 forması hər il mövsümi soyuqdəymə xəstəliyi törədir:
"Onlar pandemiyaya qədər də mövcud idi. Bundan başqa, qripin özü hər il müxtəlif mutasiya variantları ilə peyda olur və xeyli arialda xəstəlik yaradır. Azərbaycanda da bunun olmasına təəccüb etmək lazım deyil. Respirator infeksiyalar sərhəd tanımırlar. Bir məsələni də nəzərə almaq lazımdır ki, pandemiya hələ bitməyib. Mutasiya prosesləri davam edir. Pandemiyada bu cür infeksiyalardan qorunmaq, qapalı mühitdə özünü necə aparmaq, hansı gigiyenik qaydalara riayət etməklə bağlı xeyli təcrbüə əldə etmişik. Hesab edirəm ki, insanlar bundan istifadə etməlidirlər".
Anar Kəlbiyev